// e_tarix.php // Baza bağlantısı Prof. Abuzər Xələfov

Həyatının önəmli tarixləri

Tapılan nəticə sayı: 121
Tarix Mətn
1938 Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində təhsil almağa başlamışdır.
1945 ÜİLKGİ sıralarına qəbul edilmişdir;
1945 Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbini bitirmişdir.
1945-1946 Krasnoselo rayonunun Cil kəndindəki Əli Bayramov adına kolxozda işləmişdir.
1946 SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Böyük Vətən müharibəsində (1941-1945-ci illər) rəşadətli əməyə görə” medalı ilə təltif edilmişdir.
1947 Krasnoselo rayonunun Toxluca kənd onillik məktəbinin 8-ci sinfində oxumağa başlamışdır.
1950 Krasnoselo rayonunun Toxluca kənd onillik məktəbini bitirmişdir;
1950 Bakı Dövlət Universiteti filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə qəbul edilmişdir.
1955 Sov. İKP sıralarına qəbul edilmişdir;
1955 Bakı Dövlət Universitetini bitirmişdir;
1955 Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya kafedrasında müəllim saxlanılmışdır.
1957 Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi partiya bürosunun katibi seçilmişdir.
1958 “Kitabxana fondunun təşkilinin bəzi məsələləri” adlı ilk kitabı çapdan çıxmışdır.
1958 Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının baş müəllimi vəzifəsinə seçilmişdir.
1960 “Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)” adlı kitabı nəşr olunmuşdur.
1961 “Azərbaycanda kitabxana işinin tarixindən (1920-1932-ci illər)” mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
1961-1981 Bakı Dövlət Universiteti partiya komitəsinin üzvü olmuşdur.
1962-1969 Bakı Dövlət Universitetinin doktorluq dissertasiyaları müdafiəsi üzrə elmi şurasının üzvü olmuşdur.
1962-1970 Bakı Dövlət Universiteti kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində işləmişdir.
1962-2020 Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvüdür.
1963-2020 Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışır.
1964 Ali Attestasiya Komissiyası (AAK) tərəfindən Kitabxanaşünaslıq kafedrası üzrə dosent elmi adı təsdiq edilmişdir.
1964-1984 Azərbaycan SSR Mədəniyyət Nazirliyi yanında İdarələrarası kitabxana şurasının sədri olmuşdur.
1965-1980 SSRİ Mədəniyyət Nazirliyi yanında İdarələrarası kitabxana şurasının üzvü olmuşdur.
1966-2020 Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisidir
1969 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
1970-1979 Bakı Dövlət Universiteti Elmi əsərlərinin “Kitabxanaşünaslıq və biblioqrafıya” seriyasının redaktoru olmuşdur
1970-1985 “Kitablar aləmində” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
1970 SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə V.L.Lenininanadan olmasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar “Şərəfli əməyə görə” medalı ilə təltif edilmişdir
1970-1985 Bakı Dövlət Universitetinin tarix fakültəsi yanında doktorluq müdafiəsi üzrə elmi şurasının üzvü olmuşdur
1971 Ümumittifaq “Bilik” Cəmiyyətinin fəxri fərmanına layiq görülmüşdür
1972-2020 Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi (indiki Təhsil Nazirliyi) Elmi-Metodik Şurasının “Kitabxanaşünaslıq və biblioqrafiya” bölməsinin sədridir
1973-1988 “Mədəni-maarif işi” jurnalı redaksiya heyətinin üzvü olmuşdur.
1974 “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)” adlı kitabı çap olunmuşdur.
1974 Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfındən “1973-cü il sosializm yarışının qalibi nişanı” ilə mükafatlandırılmışdır.
1975-1979 Bakı Dövlət Universiteti üzrə nəzarət təşkilati-metodik komissiyasının sədri olmuşdur
1975-2020 Azərbaycan Kitabsevərlər Cəmiyyəti idarə heyətinin üzvüdür.
1975 Tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)” mövzusunda dissertasiya müdafiə etmişdir.
1976 SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Böyük Vətən müharibəsində (1941-1945-ci illər) qələbənin 30 illiyi” yubiley medalı ilə təltif edilmisdir
1977 SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi və Maarif İşçiləri Ali məktəb və elmi müəssisələr üzrə Həmkarlar İttifaqı Mərkəzi Komitəsi tərəfindən” 1976-cı il sosializm yarışının qalibi” nişanı ilə təltif edilmişdir.
1977 Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Maarif, Ali məktəb və Elmi İdarə işçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfındən “1976-cı il sosializm yarışının qalibi” nişanı ilə təltif edilmişdir.
1978 ÜİLKGİ Mərkəzi Komitəsi tərəfındən fəxri fərmanla təltif edilmişdir.
1978 Ali Attestasiya Komissiyası (AAK) tərəfındən kitabxanaşünaslıq kafedrası üzrə professor elmi adı təsdiq edilmişdir.
1979 SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfındən “İşdə əla müvəffəqiyyətlərinə görə” döş nişanına layiq görülmüşdür.
1979 SSRİ Kitabsevərlər Cəmiyyətinin II qurultayının nümayəndəsi olmuşdur.
1979-1981 Bakı Dövlət Universiteti Partiya Komitəsinin ideoloji işlər üzrə katib müavini olmuşdur.
1979-1985 Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon üç çağırış Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
1980 Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin keçirdiyi Respublika Müşavirəsinin iştirakçısı olmuşdur.
1980 Lenin ordenli Ümumittifaq “Bilik” Cəmiyyətinin təşəkkürnaməsinə layiq görülmüşdür.
1980-1987 V.İ.Lenin adına Lenin ordenli SSRİ Dövlət Kitabxanası yanında kitabxanaşünaslıq, biblioqrafıya və kitabşünaslıq elmləri üzrə doktorluq müdafiəsi ixtisaslaşdırılmış elmi şurasının üzvü olmuşdur.
1980-1987 SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi ali təhsil üzrə tədris-metodik idarəsi yanında “Kitabxanaşünaslıq və biblioqrafıya təhsili üzrə” elmi-metodik şurasının üzvü olmuşdur.
1980-1994 Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin dekanı olmuşdur.
1981 Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
1981 Maarif, Ali Məktəb və Elmi 24 dekabr İdarə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif edilmişdir.
1981 Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfındən fəxri fərmanla təltif edilmişdir
1982 Ümumittifaq Könüllü Kitabsevərlər Cəmiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
1982-1987 Azərbaycan SSR kitabsevərlər Cəmiyyətinin “Kitab” xalq universitetinin rektoru olmuşdur.
1984 SSRİ Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfındən “N.K.Krupskaya” medalı ilə təltif edilmişdir.
1984 Azərbaycan SSR Təhsil Nazirliyi və Maarif İşçiləri Ali Məktəb və Elmi Müəssisələr üzrə Həmkarlar İttifaqı Mərkəzi Komitəsi tərəfındən «1983-cü il sosializm yarışının qalibi» nişanı ilə təltif edilmişdir.
1985 SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Böyük Vətən müharibəsində (1941-1945-ci illər) qələbənin 40 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
1987 Umumittifaq “Bilik” Cəmiyyəti tərəfındən “Fəal işinə görə” nişanı ilə təltif edilmişdir.
1987 "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı" adlı monoqrafiyası çap olunmuşdur.
1989 SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Əmək Veteranı” medalı ilə təltif edilmişdir.
1991 Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
1992-1993 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu hazırlayan ekspert komissiyasının üzvü olmuşdur.
1995 Azərbaycan Respublikası Prezidentinin 1995-ci il tarixli fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi” yubiley medalı ilə təltif olunmuşdur
1995-2020 Bakı Dövlət Universiteti Veteranlar Şurasının sədr müavinidir.
1998 Bakı Dövlət Universiteti Nəşriyyat Şurasının sədri təyin olunmuşdur
1998 Səudiyyə Ərəbistanının mart-aprel Məkkə şəhərində Həcc ziyarətində olmuşdur.
1998 “Azərbaycanda ali kitabxanaçılıq təhsili” adlı monoqrafıyası çapdan çıxmışdır.
1998 “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayan işçi qrupunun sədri olmuşdur.
1999 Azərbaycan Respublikası Müəllimlər Qurultayının nümayəndəsi olmuşdur
1999 Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti seçilmişdir
1999 Professor A.A.Xələfovun rəhbərliyi ilə kitabxanaçılıq fakültəsi nəzdində “Kitabxana proseslərinin kompüterləşdirilməsi” elmi-tədqiqat laboratoriyası açılmışdır
1999 İran İslam Respublikasında Məşhəd ziyarətində olmuşdur.
1999 Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının qərarı ilə fəxri fərmana layiq görülmüşdür.
1999-2020 Respublika Təhsil Şurasının 2020 üzvüdür.
2000 Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
2000 15 fevral tarixində Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü seçilmişdir
2000 1941-1945-cüllər Böyük Vətən müharibəsində qələbənin 55 illiyi şərəfınə “1941-1945-ci illər müharibəsi veteranı” nişanı ilə təltif edilmişdir.
2001 Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.
2001 Kərbəla ziyarətində olmuşdur
2001 Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının və Rusiya Yazıçılar İttifaqının "Xeyriyyəçilik və maarifçilik" medalı ilə təltif edilmişdir.
2001 Azərbaycanda ilk dəfə olaraq “Kitabxanaşünaslığa giriş” adlı dərsliyi çapdan çıxmışdır.
2001 Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
2002 İsgəndəriyyə kitabxanasının təntənəli açılış mərasimində iştirak etmişdir .
2002 Azərbaycanlı alim ABİ-nin mükafatına layiq görülmüşdür
2002 “Kitabxanaşünaslığa giriş” dərsliyinə görə “Təhsil” cəmiyyətinin təsis etdiyi “Təhsil sahələri üzrə nailiyyətlərə görə” mükafatına layiq görülmüşdür.
2003 Ümummilli liderimizin 80 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Biblioqrafik məlumat kitabı” Azərbaycan, rus, ingilis dillərində çap olunmuşdur.
2003 “Kitabxanaşünaslığa giriş” dərsliyinin 3-cü hissəsi çapdan çıxmışdır.
2003 Professor A.Xələfovun rəhbərliyi ilə İslamova Ş.İ. “Azərbaycan Respublikası Elmlər Akademiyası kitabxana şəbəkəsinin təşəkkülü və inkişafı (1923-1990-cı illər)” tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
2003 Amerika Bioqrafıya İnstitutunun son 10 il ərzində hər il həsr etdiyi “Xüsusi fərqlənən liderliyin beynəlxalq göstəricisi” adlı biblioqrafık soraq-məlumat kitabının 2003-cü il üçün çıxmış XI buraxılışına professor A.Xələfovun da adı daxil edilmişdir.
2004 “Azərbaycanda kitabxana işinin tarixi” adlı dərsliyin birinci hissəsi nəşr olunmuşdur
2004 Amerikada "İlin Adamı-2004" seçilmişdir
2005 Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti tərəfindən professor Xələfov Abuzər Alı oğlu 2004-2005-ci tədris ilinin nəticələrinə görə Bakı Dövlət Universiteti üzrə “İlin müəllimi” fəxri adı ilə təltif edilmişdir
2006 “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı kitabı çap olunmuşdur.
2006 M.F.Axundov adına Milli Kitabxanada “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” kitabının təqdimat mərasimi keçirilmişdir
2006 Elm və təhsil sahəsindəki əvəzsiz xidmətlərinə görə Heydər Əliyev Fondunun təsis etdiyi “Mədəniyyətin dostları” təqaüdünə layiq görülmüşdür;
2006 Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə A.Xələfov “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir;
2006 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxanada 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. “Abuzər Xələfov: Biblioqrafik məlumat kitabı”nın təqdimatı və “Abuzər Xələfov
2006 75” adlı kitab sərgisinin açılışı olmuşdur. Təntənəli yubiley mərasimi Azərbaycan Dövlət Mahnı Teatrında başa çatmışdır.
2007 “Azərbaycanda kitabxana işinin tarixi” dərsliyinin ikinci hissəsi çapdan çıxmışdır.
2009 Azərbaycan KİVİHİ qərarı ilə "Qızıl qələm" diplomuna layiq görülmüşdür;
2009 "İlin nüfuzlu ziyalısı" Fəxri diplomuna layiq görülmüşdür.
20 10 Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” elan edilmiş və “Qızıl medal”la mükafatlandırılmışdır;
20 10 “Azərbaycanda kitabxana işinin tarixi” dərsliyinin III hissəsi çapdan çıxmışdır;
20 10 Təsisçisi və baş redaktoru olduğu “Kitabxanaşünaslıq və informasiya” adlı elmi-nəzəri və praktiki jurnal nəşr olunmuşdur.
2011 Azərbaycan Respublikası Təhsil Nazirliyi (21.04.2011, əmr № 623), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (29.04.2011, əmr № 211) və Bakı Dövlət Universitetinin rektorluğu (18.05.2011, əmr № R-41) ayrı-ayrılıqda professor A.A.Xələfovun 80 illik yubileyinin qeyd olunması haqqında əmr vermişdir. Həmin əmrlərdə geniş tədbirlər planı öz əksini tapmışdır;
2011 AMEA Mərkəzi Elmi Kitabxanasında “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq üzrə elmi tədqiqat işlərinin ümumrespublika müsabiqəsi”nin yekunları ilə bağlı keçirilən tədbirdə, kitabxanaşünaslıq üzrə ən yaxşı elmi-tədqiqat işinə görə diplomla təltif olunmuşdur;
2011 “Kitabxana və cəmiyyət” kitabı çapdan çıxmışdır;
2011 “Məqalələr toplusu (1990-2011-ci illər)” kitabı çap olunmuşdur.
2012 Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində və rayonun ictimai həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq mühafizə orqanları veteranları şurasının Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilmişdir.
2013 “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası – 90 il elm və mədəniyyətin xidmətində” adlı kitabı çap olunmuşdur;
2013 Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 82-ci ildönümü münasibətilə “Aşıq Şəmşir” Mədəniyyət ocağı İctimai Birliyi tərəfindən “Diplom”la təltif edilmişdir.
2013 A nadan olmasının 82 illik yubileyi münasibətilə, BDU HİK tərəfindən fəxri fərmanla təltif edilmişdir.
2014 “Söz, kitab, mütaliə, kitabxana və kitabxanaçı haqqında müdrik fikirlər” adlı kitabı “Mütərcim” nəşriyyatında çapdan çıxmışdır;
2014 “Kitabxanaşünaslığın tarixi və metodologiyası” dərsliyi çap olunmuşdur.
2016 Bakı Dövlət Universiteti Elmi Şurasının 9 mart 2016-cı il tarixli iclasının qərarı ilə “Bakı Dövlət Universitetinin fəxri professoru” adına layiq görülmüşdür.
2019 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunmuşdur.
2019 Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.
2020 Aprel ayının 27-də vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.