Sayt haqqında

Layihənin məqsədi

Bu sayt Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasınını "Qərbi Azərbaycanın görkəmli ziyalıları" layihəsi çərçivəsində yaradılıb .
Sayt Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin banisi, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun həyatını, elmi-pedaqoji fəaliyyətini və zəngin irsini geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə hazırlanmış elektron məlumat platformasıdır.
Saytın əsas məqsədi prof. Abuzər Xələfovun kitabxanaşünaslıq, informasiya cəmiyyəti, kitabxana tarixi üzrə elmi tədqiqatlarını və pedaqoji fəaliyyət sahəsindəki xidmətlərini sistemli şəkildə toplamaq, qorumaq və rəqəmsal mühitdə əlçatan etməkdir. Sayt istifadəçilərə alimin bioqrafiyası, həyatının mühüm tarixləri, əsərləri, haqqında yazılmış materiallar, foto arxiv, video yaddaş və digər bölmələr üzrə rahat naviqasiya imkanı yaradır.

Saytın istiqaməti

  • Elmi irsin rəqəmsal transformasiyası
  • Elmi irsin tanıdılması və təşviqi
  • Milli elmi irsin qorunması
  • Tədqiqatçılar üçün açıq məlumat mühiti

Əsərlər

Saytda alimin kitabları, məqalələri, avtoreferatları və elmi redaktoru olduğu nəşrləri ilə tanış olmaq olar.

Foto arxiv

Saytda alimin həyat və fəaliyyət yolunu əks etdirən tarixi fotomateriallar saytda öz əksini tapıb.

Video yaddaş

Saytda prof. Abuzər Xələfov haqqında filmlər və digər audiovizual materiallar verilib.

Kimlər üçün faydalıdır?

Sayt tələbələr, magistrantlar, doktorantlar, kitabxanaşünaslar, biblioqraflar, informasiya mütəxəssisləri, tədqiqatçılar və Azərbaycan elmi-mədəni irsi ilə maraqlanan bütün istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Rəqəmsal yaddaş missiyası

Sayt yalnız məlumatlandırma məqsədi daşımır; o, həm də görkəmli ziyalının elmi irsinin gələcək nəsillərə ötürülməsi, tədqiqat dövriyyəsinə daxil edilməsi və milli kitabxanaşünaslığın rəqəmsal yaddaşda yaşadılması missiyasını yerinə yetirir.

Saytın bölmələri ilə tanış olun

Bioqrafiya, əsərlər, foto arxiv və video yaddaş bölmələrinə keçidlər.