Bioqrafiyası


Azər­bay­can­da ki­tab­xa­na­şü­nas­lıq el­mi­nin ba­ni­si, Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı ya­nın­da Bey­nəl­xalq İn­for­ma­si­ya­laş­dır­ma Aka­de­mi­ya­sı­nın aka­de­mi­ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın Əmək­dar elm xa­di­mi və Əmək­dar mə­də­niy­yət iş­çi­si, Azər­bay­can Ki­tab­xa­na­çı­lar Cə­miy­yə­ti­nin pre­zi­den­ti, Bakı Döv­lət Uni­ver­si­te­ti­nin Ki­tab­xa­na­şü­nas­lıq ka­fed­ra­sı­nın mü­di­ri, ta­rix elm­lə­ri dok­to­ru, pro­fes­sor Abu­zər Alı oğ­lu şə­rəf­li və gənc­lə­ri­mi­zə ör­nək ola­caq bir hə­yat yo­lu keç­miş­dir. Abu­zər Xə­lə­fov 25 de­kabr 1931-ci il­də Qər­bi Azər­bay­ca­nın Göy­çə ma­ha­lı­nın Cil kən­din­də ana­dan olub. 1950-ci il­də Göy­çə­nin Toğ­lu­ca kən­din­də or­ta mək­tə­bi bi­tir­dik­dən son­ra Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin Fi­lo­lo­gi­ya fa­kül­tə­si­nin ki­tab­xa­na­şü­nas­lıq və bib­li­oq­ra­fi­ya şö­bə­si­nə da­xil ol­muş­dur. A.Xə­lə­fov ali təh­si­li­ni ba­şa vuran il BDU-da müəl­lim sax­lan­mış­dır. 1962-ci il­də A.Xə­lə­fo­vun fəal iş­ti­ra­kı ilə BDU-nun Ki­tab­xa­na­çı­lıq şö­bə­si müs­tə­qil Ki­tab­xa­na­çı­lıq fa­kül­tə­si­nə çev­ril­miş, o, bu fa­kül­tə­nin ilk de­ka­nı ol­muş və 25 il bu və­zi­fə­də sə­mərə­li fəa­liy­yət gös­tər­miş­dir...

Əsərləri

Kitabları, məqalələləri, elmi redaktoru olduğu nəşrlər

Foto arxiv

Fotolarda əks olunan Ziyalı ömrünün tarixi anları

Həyat və yaradıcılığı haqqında

Abuzər Xələfovun elmi fəaliyyəti

BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının uzun müddət müdiri olmuş, «Şərəf» və «Şöhrət» ordenli, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfov Azərbaycan milli kitabxanaşünaslıq elminin banisidir. Respublikamızda kitabxanaçılıq, biblioqrafiya elmlərinin və ali kitabxanaçılıq təhsilinin yaranması və formalaşması onun adı ilə bağlıdır...

Haqqında yazılmış məqalələr

  • Tahirov Kərim Məhəmməd oğlu. Azərbaycan kitabxanaşünaslığının patriarxı, Azərbaycanın "Baş kitabxanaçısı" /K.M.Tahirov //Kitabxanaşünaslıq və informasiya: Elmi-nəzəri və təcrübi jurnal.- 2020.- №1.- S.7-11.
  • Əhmədov Elçin. Görkəmli kitabxanaşünas alimin elmi və pedaqoji fəaliyyəti /E.Əhmədov //Respublika.-2020.- 8 fevral.- S.6.
  • Qurbanov Azad. Əbədiyyətə qovuşan unudulmaz müəllim, görkəmli alim /A. Qurbanov //Səs.-2020.- 3 iyun.- S.12.
  • ...

    Haqqında yazılmış kitablar

  • Sadıqova S.A. Abuzər Xələfov: Biblioqrafik məlumat kitabı /Solmaz Sadıqova; red. K.Tahirov; - Bakı, 2016.- Hissə II.- 248 s.
  • 80 yaşın ucalığı. Azərbaycan Respublikasının görkəmli elm və mədəniyyət xadimləri prof. A.A.Xələfov haqqında. B.: “Bakı Universiteti” nəşriyyatı, 2011.- 228 s.
  • Aslan Knyaz. Elm və təhsil fədaisi: Abuzər Alı oğlu Xələfov /K. Aslan;Elmi red. R. Kazımov;-Bakı : “Bakı Universiteti” nəşriyyatı, 2006.- 240 s.
  • ...

    Haqqında fikirlər

    Görkəmli Ziyalııların prof. A.Xələfov haqqında fikirlər.

    Elmi məktəbi

    Rəhbərliyi altında müdafiə etmiş elmlər və fəlsəfə doktorları